Necə işləyir?
Reklamın yaradılmasından ödənişə qədər bütün proses.
- Reklamverən balansını artırır və kampaniya yaradır. Kampaniya "Təsdiq gözləyir" statusuna düşür.
- Administrator reklam materialını və keçid URL-ini yoxlayır, qaydalara uyğundursa təsdiqləyir.
- Publisher saytını əlavə edir, sahibliyi təsdiqləyir, administrator saytı yoxlayıb təsdiqləyir.
- Publisher reklam zonası yaradıb kodu saytına yerləşdirir.
- Ziyarətçi səhifəni açanda reklam serveri zonanı, domeni və uyğun kampaniyaları yoxlayır və reklam seçir.
- Göstərilmə və kliklər server tərəfində yoxlanılır. Şübhəli trafik ödənişə daxil edilmir.
- Reklamverənin balansından xərc silinir, komissiya çıxılır, qalan məbləğ publisher-in gözləyən qazancına yazılır.
- Gözləmə müddəti bitdikdən sonra qazanc təsdiqlənir və publisher çıxarış sorğusu yarada bilir.
CTR = (Etibarlı kliklər / Impression sayı) × 100